Türkiyədə 3 zəlzələ qeydə alınıb.
"Report" məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanların hər üçü Muğla əyalətinin Datça rayonunda qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 22:57-də 4,2 bal gücündə baş verib. Zəlzələ ocağı 31,9 kilometr dərinlikdə yerləşib.
Bu yeraltı təkandan sonra saat 23:42-də 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.
Ən güclü zəlzələ saat 04:39-da 4,9 bal gücündə baş verib. Zəlzələ ocağı 16,3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.