ABŞ-ın Alyaska ştatında yerli saatla 09:15-də 8.2 bal gücündə zəlzələ olub.
Xarici KİV xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdrımalar İdarəsi məlumat yayıb. Zəlzələnin Perrivill qəsəsbəsinin 91 km cənub-şərqində meydana gəldiyi bildirilib.
Zəlzələ nəticəsində insan itkisinin olub-olmaması ilə bağlı hər hansı məlumat verilməyib.
Təbii fəlakətdən dərhal sonra sunami xəbərdarlığı edilib.