Tacikistanın şimalında ötən gecə 5,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq Seysmologiya Mərkəzi bildirib.
Mərkəzi Xocənd şəhərinin 169 km cənub-şərqində, ocağı 40 km dərinlikdə yerləşən yeraltı təkan nəticəsində 5 nəfərin öldüyü bildirilir.