Haiti prezidenti Xovenel Moiseni öldürdüyü iddia edilən şəxslərə qarşı əməliyyat keçirilib.
Xarici KİV xəbər verir ki, əməliyyat nətiəsində 4 şübhəli öldürülüb, 2 nəfər isə saxlanılıb.
Xatırladaq ki, çərşənbə axşamı günü 53 yaşlı Haiti prezidentinin iqamətgahına silahlı hücum olub. Hücum nəticəsində prezident X.Moise və onun həyat yoldaşı qətlə yetirilib.