DataLife Engine / Kamçatkada aviaqəzada ölənlərin cəsədləri sudan çıxarılır

Kamçatkada aviaqəzada ölənlərin cəsədləri sudan çıxarılır

Kamçatkada aviaqəzada ölənlərin cəsədləri sudan çıxarılır


Kamçatkada xilasedicilər An-26 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini tapıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Solodov bildirib.

Onun sözlərinə görə, cəsədləri sudan çıxarmağa başlayıblar.

Solodov əlavə edib ki, hadisə yerində məhkəmə-tibb ekspertləri işləyəcək.

“(Onlar) cəsədlərin vəziyyəti və prosedurlardan asılı olaraq qərarlar qəbul edəcək”, - o deyib.

Daha əvvəl Kamçatkada matəm elan edilib. 

Qeyd edək ki, Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində 6-sı ekipaj üzvü və 22-si sərnişin olmaqla 28 nəfər olub. Qəza nəticəsində sağ qalan olmayıb.
7-07-2021, 10:32
Вернуться назад