ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Suriya və İraqda İran dəstəkli qüvvələrə hava hücumları təşkil etdiyini açıqlayıb.
Pentaqon bu əməliyyatı İraqda Amerika personalına və obyektlərinə edilən hücumlara cavab olduğunu bildirib.
"Suriyada iki, İraqda bir nöqtə hədəfə alındı. Bunlar silah anbarları olub. Co Bayden amerikalıları qorumaq üçün hərəkətə keçəcəyini açıq şəkildə bildirib", - Pentaqonun sözçüsü deyib.
Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquqdan istifadə edərək özünü müdafiə edib.