Türkiyədəki emal zavodunun investisiya dəyəri 7 milyard dollara çatdırılacaq – VİDEO
SOCAR tərəfindən Türkiyədə inşa edilən STAR rafineri neft emalı zavodunun investisiya dəyəri 2022-ci il üçün 7 milyard Amerika Birləşmiş Ştatları dollarına çatdırılacaq. Bu barədə SOCAR Türkiyənin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə neft emalı zavodunun istehsal gücünün artırılması istiqamətində edilən əlavə investisiyaların 2022-ci ilə qədər bitirilməsi planlaşdırılır.
“Saxlama güclərinə yönəlmiş 600 milyon dollar həcmində investisiyaların yatırımını davam etdiririk”, - deyə Zaur Qəhrəmanov açıqlama verib.