Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş verən zəlzələnin dağıntıları altından bir azyaşlı da sağ-salamat çıxarılıb.
Türkiyə mediası xəbər verir ki, zəlzələdən 91 saat sonra azyaşlının həyatda olduğu müəyyən edilib.
Xilasedicilər onu dağıntıların altından sağ çıxara biliblər. Onlar ətrafdakı insanların alqış sədaları ilə balaca Ayla Gezgini tibbi yardım maşınına qoyaraq xəstəxanaya yola salıblar.