"ABŞ xarici peyvəndlərin tətbiqinə hazırdır" - Tramp

Dünya 23-sen, 09:299 nara 210 0
"ABŞ xarici peyvəndlərin tətbiqinə hazırdır" - Tramp


ABŞ Prezidenti Donald Tramp başqa ölkələrin koronavirus peyvəndlərinin Birləşmiş Ştatlarda tətbiqini istisna etmir.
Report xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ rəhbərinin özü ilk olaraq peyvənd etdirməyə hazırdır.

O, Trampın özündən sitat gətirib: "Mənim üçün tipik olmayan bir şey söyləyəcəm, amma həqiqətən mənə fərqi yoxdur, sadəcə işə yarayan bir peyvəndin olmasını istəyirəm və başqa bir ölkənin bunu etməsi məni maraqlandırmır".

Beləliklə Makineni ABŞ liderinin Rusiya və Çinin istehsalı olan vaksinlərin ölkəyə cəlb etməyə hazır olması barədə suala cavab verib. Bu halda ABŞ liderinin mətbuat katibi vurğulayıb ki, Ağ Evin fikrincə, Oksford Universiteti (Böyük Britaniya) alimlərinin Britaniya-İsveçin “AstraZeneca” əczaçılıq şirkəti ilə birgə hazırladığı peyvəndə daha çox ümid bəslənilir.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr