Kanadada 84 ilin rekord istisi qeydə alınıb

Dünya 28-iyn, 10:149 xeberler2022 208 0
Kanadada 84 ilin rekord istisi qeydə alınıb


Kanadanı təsiri altına alan isti hava kütləsi bu ölkədə son 84 ilin ən isti yayına səbəb olub.

Kanada Metereologiya Xidmətlərinin açıqlamasına görə, Britaniya Kolumbiyası ştatında ötən gün 46.1 dərəcə istilik qeydə alınıb. Bu da həmin ərazidə indiyədək müşahidə olunan ən yüksək temperaturdur.
Kanada tarixində rekord istilik sonundu dəfə 1937-ci ildə Saskaçevan ştatında iyul ayında 45 dərəcə qeydə alınıb.

Rekord istilər Pemberton Vadisində qarların əriməsinə və çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Bu səbəbdən ərazidəki evlərdə yaşayan şəxslər təxliyyə edilib. 

Kanada Ətraf Mühit Nazirliyi temperatutun yaxın günlərdə daha da yüksələcəyini, hətta bəzi bölgələrdə 50 dərəcəyə çatacağını açıqlayıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr