Ukrayna özünü Rusiyadan qorumaq üçün “Bayraktar” alıb - Nazir
Ukrayna özünü Rusiyadan və öz ərazisini müdafiə etmək üçün Türkiyə istehsalı olan “Bayraktar” PUA-lar alıb.
“Bunu “Anadolu” agentliyinə müsahibəsində Ukrayna Xarici işlər naziri Dmitriy Kuleba deyib.
“PUA-lar Rusiyadan qorunmaq üçün lazımdır. Rusiya gərginlik yaratmazdan və Ukraynaya qarşı genişmiqyaslı hücumlar etməzdən əvvəl iki dəfə yaxşıca düşünsün. Biz hücum etmək üçün hərbi texnika və dronlar və sair almırıq. Bütün bunlarə özümüzü müdafiə etmək üçün alırıq. Və bu prinsip məsələsidir, bax, fərq budur”- Kuleba deyib.
Kuleba onu da əlavə edib ki, Türkiyənin istehsal etdiyi PUA-ların keyfiyyəti yaxşıdır. “ Ukrayna Türk PUA özlərinin istehsal etdiyi motorlarla təchiz etmək və istehsallarını öz ərazilərində reallaşdırmaq niyyətindədir.
Onu da qeyd edək ki, Ukraynanın Türkiyədən “Bayraktar” alması ciddi narazıçılığa səbə olub. RF XİN ümavini Sergey Ryabkov bildirib ki, bu, biz də heç də xoş təəssürat yaratmır. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da məsələyə reaksiya verərək bildirib ki, Türkiyə PUA-ları Ukraynaya hər hansı ilkin şərt sürmədən satır və bu razılaşma Rusiyaya qarşı yönəlməyib.