DataLife Engine / Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib

Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib

Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib


Mərkəzi Bankdan verilən məlumata əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (//gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (//mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.

1-10-2020, 20:52
Вернуться назад