DataLife Engine / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumunda 24 milyon manat zərər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumunda 24 milyon manat zərər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumunda 24 milyon manat zərər


Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə cəmiyyətin cəmi aktivləri 60,559 mln manat olub. Bu isə 2019-cu ilin yekunu ilə müqayisədə 29,7% azdır. 

Cəmi öhdəliklərin həcmi isə illik müqayisədə kəskin azalaraq 1,937 mln manatdan 3,294 min manata enib. 

Qurumun cəmi kapitalı 2019-cu ilin yükunu ilə müqayisədə 28% azalaraq 2020-ci ilin yekununda 60,555 mln manat olub.

Ötən il ərzində “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin cəmi gəlirləri 9,735 mln manat, cəmi xərcləri isə 8,898 mln manat təşkil edib. Xüsusi vəsaitlər üzrə xərcləri 245,695 çmin manat olan şirkətin əməliyyat mənfəəti 837,147 min manat olub. 

2020-ci il üzrə asılı və birgə müəssisələrin zərərində payı 24,454 mln manat təşkil edib. Bununla da vergiqoymadan əvvəlki zərəri 23,617 mln manat olub. 3,294 min manat mənfəət vergisi ödəyən dövlət şirkəti ötən ili 23,621 mln manat xalis zərərlə başa vurub.
16-09-2021, 12:03
Вернуться назад