DataLife Engine / Xırdalandakı lyukun qapağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Xırdalandakı lyukun qapağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Xırdalandakı lyukun qapağı ilə bağlı RƏSMİ AÇIQLAMA


Xırdalan şəhərində lyukun qapağı kimi preslənmiş kartondan istifadə edilməsi barədə sosial mediada geniş müzakirələr aparılır.

Ölkə.Az-ın məlumatına görə, paylaşılan fotoşəkillərdə qapağın sındığı görünür. Bunun da avtomobillərin hərəkətinə təhlükə yaratdığı istisna edilmir.

Araşdırmalarımızdan məlum olur ki, sözügedən ərazi Mehdi Hüseynzadə küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsidir.

Həmçinin qapağın üzərində "Azkompozit" şirkətinə məxsus olduğu yazılıb və kompozit materialından olduğu deyilir ki bunun nə qədər təhlükəsiz olması sual doğurur.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılllı bildirdi ki, sözügedən qapaq “Azərsu” tərəfindən qoyulmuş kanalizasiya qapağı deyil:

“Azərsu” kanalizasiya borularında dəmir qapaqlardan istifadə edir. Sözügedən xətt rabitə xəttidir”.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərilib. Qurumdan məsələnin araşdırılacağı deyilib.
7-09-2021, 11:09
Вернуться назад