Zibildən gələn təmizlik: Tullantılar necə emal olunur? – VİDEO
Baku Tv budəfəki süjetində Balaxanının turistik bir məkana çevrilməsindən yox, “Balaxanı zibilliklərindən” danışacaq. "Ölkə.Az" xəbər verir ki, maraqlı məqamlardan biri burada tullantılardan ibarət olan muzeyin olmasıdır.
Nə qədər fərqli səslənsə də, tullantıların çeşidlənməsi zamanı maraqlı və dəyərli sayılan əşyalar bu otaqda qorunub saxlanılır. Buradakı ən dəyərli əşya 16-cı əsrə aid məktub qabı, 19-cu əsrin sonlarından bu günə qədər gəlib çıxan bir kitabdır.Artıq çeşidlənmədən sonrakı mərhələ isə tullantıların zərərsizləşdirilməsidir. Növbəti mərhələ isə tullantıların emal olunmasıdır. Tullantılar Sənayə parkında yenidən təkrar emala gedir. Hazır olan məhsullar ixrac və idxal olunur.
Digər sənaye parkları kimi, Balaxanı Sənaye Parkının müəssisələri də bir sıra güzəştlərdən yararlanırlar. Belə ki, 10 il müddətinə fərdi sahibkarlar gəlir vergisindən, torpaq və əmlak vergilərindən azaddır. Sənaye parkında istehsal sahəsinin qurulması və istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən 10 il, idxal rüsumundan isə yeddi il müddətinə azad edilir.