Azərbaycanda heyvanların identifikasiya və qeydiyyatı sistemi yaradılacaq.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, hər bir heyvanın çiplənməsi, birkalanması prosesinə başlanılacaq.
"Bu prosesə gələn ilin əvvəlindən start veriləcək. Hər bir heyvana vurulan vaksinlər elektron sistemə daxil ediləcək və QR kodlar vasitəsilə heyvanların xəstəlikləri burada yer alacaq".