DataLife Engine / Azərbaycana gətirilən elektromobillərin kəskin azalmasının səbəbləri - AÇIQLAMA

Azərbaycana gətirilən elektromobillərin kəskin azalmasının səbəbləri - AÇIQLAMA

Azərbaycana gətirilən elektromobillərin kəskin azalmasının səbəbləri - AÇIQLAMA


2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana 474,615 mln ABŞ dolları dəyərində 47 374 ədəd avomobil idxal olunub. Gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70,5% çoxdur.

Ölkəyə gətirilən avtomobillərrin sayında kəskin artım maraq doğuran məsələlərdən biridir.

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, Azərbaycana idxal olunan avtomobillərin sayında artım olsa da, bu, 8-9 il əvvəl ilə müqayisədə azdır:

“2012-2015-ci illərdə Azərbaycana təqribən 100 min avtomobil idxal olunurdu. Bu da böyük rəqəm idi. Getdikcə bu rəqəm azaldı, devalivasiya, Azərbaycana idxal olunan avtomobillərə müəyyən avro standartlarının tətbiqi bu azalmaya təsir göstərdi. Pandemiya özü də avtomobil idxalının azalmasına səbəb oldu. 

Artıq 2021-ci ildə idxalda artımı müşahidə edirik və bu, sevindirici haldır. Çünki bu göstərir ki, Azərbaycanda iqtisadiyyat dayanıqlıdır, manat stabil qalıb və bu iki amil avtomobil idxalını artırıb”. 

Onu da qeyd edək ki, ölkəyə gətirilən daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) sayı illik müqayisədə 2,4 dəfə artaraq 5 879 ədəd (36,389 mln ABŞ dolları) olub. 

Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxal sayı isə 44 ədəd (1,533 mln ABŞ dolları) olub. Elektromobillərin ölkəyə idxalı illik müqayisədə 2,4 dəfə azalıb.

Ekspertin sözlərinə görə, ölkəmizə idxal olunan hibrid avtomobillərin sayının artması da obyektiv səbəblərlə əlaqədardır: “Əsas səbəb hibrid navtomobillərin qənaətcil olması və daha az xərc tələb etməsidir. Azərbaycana həm yeni, həm köhnə hibrid avtomobillər idxal olunur. Eyni zamanda vətəndaşların ekoloji təmiz hibrid avtomobillərə maraq göstərməsi sevindirici haldır. Onlar həm ətraf mühitə zərər vurmamaq, həm öz sağlamlıqlarını qorumaq, həm də resurslara qənaət etmək haqqında düşünürlər”.

Elektromobillərin idxalında azalmaya diqqət çəkən E. Cəfərov bildirdi ki, elektromobil istehsalı və bu avtomobillərin maya dəyəri bir qədər baha başa gəlir. Buna görə də, inkişaf etmiş ölkələrdə elektromobili istehsal edən, satan şirkətlər, eləcə də bu avtomobilləri alan şəxslər üçün müxtəlif həvəsləndirici, stimullaşdırıcı addımlar atılır, güzəştlər tətbiq edilir ki, vətəndaşlar bu ekoloji nəqliyyat vasitəsini alsınlar: “Lakin Azərbaycanda ekoloji təmiz avtomobillərə hər hansı stimullaşdırıcı addımlar atılmır, həvəsləndirici işlər görülmür. Bu səbəbdən vətəndaşlarımız baha başa gələn elektromobilləri almaq haqqında düşünmürlər. Fikrimcə, yaxın illərdə Azərbaycanda ekoloji təmiz sayılan elektromobillər üçün də müəyyən güzəştlər tətbiq edilsə və həmin avtomobillərin qiyməti ensə, bu zaman vətəndaşlar böyük həvəslə elektromobil alar”.
18-08-2021, 11:38
Вернуться назад