Son 6 ayda Ermənistanı 138 min nəfər tərk edir ki, onun da 80 mini birdəfəlik ölkədən gedib.
“Bunu politoloq Qrant
Mikaelyan“news.am” müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Rusiyada 2 milyona yaxın erməni yaşayır. “Çünki 2010-cu ilin siyahıya alınmasında Rusiyada 1milyon 182min erməninin yaşadığı qeydə alınmışdı. Onların böyük bir qismi Rusiya vətəndaşlığını qəbul edib. Ona görə də bu hesablamaya görə deyə bilərik ki, bu gün Rusiyada Ermənistandakından çox erməni yaşayır”- politoloq qeyd edib.
O əlavə edib ki, ilin birinci yarısında 138 min insanın Ermənistanı tərk etməsi çox ciddi rəqəmdir: “Çünki onların 80 mini geri dönməyəcək. Bu isə 6 ay üçün çox böyük rəqəmdir”.
Politoloq onu da əlavə edib ki, mühaeribədə məğlubiyyət nəinki Rusiyada, ümumiyyətlə dünyada ermənilərin nüfuzuna ciddi zərbə vurub.