Ümumdünya Səhiyyə Təşkilatı Şamaxının Dəmirçi kəndinə üç mobil klinika və yüksək keçid qabiliyyətinə malik iki avtomobil təhvil verib. Bu klinikalar ucqar dağ kəndlərində fəaliyyət göstərəcək. Mobil klinika bir neçə otaqdan ibarətdir və zəruri tibbi avadanlıqlarla təhciz olunub.
Vətəndaşlara həmin avtomobillərdə təcili tibbi xidmət göstəriləcək.