DataLife Engine / AAYDA bütün gəlirlərini xərcləyib: 1,105 milyard manat

AAYDA bütün gəlirlərini xərcləyib: 1,105 milyard manat

AAYDA bütün gəlirlərini xərcləyib: 1,105 milyard manat


Azəbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) 2020-ci ildə əsas fəaliyyətdən  gəliri  ƏDV nəzərə alınmamaqla 1 105,651 mln manat olub. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur.

Agentliyin əlavə dəyər vergisi 150,089 mln manat təşkil edib, sair gəliri isə olmayıb.

2020-ci ildə Agentliyin xərci 1 105,651 mln manat olub. Bu da ötən ilin yekunu ilə müqayisədə 1,8% çoxdur.

Agentlik üzrə 2020-ci ildə alınan gəlir tam xərcləndiyindən balans üzrə mənfəət və zərər olmayıb.

AAYDA 2019-cu ildə isə 1,230 min manat mənfəət əldə etmiş, mənfəətdən ilə 246 manat mənfəət vergisi hesablanmış və agentliyin sərəncamında 984,32 manat sərbəst mənfəət qalmışdı. 

Qeyd edək ki, qurumun əlavə kapitalına 8 854,958 mln manat daxil olub, 1 076,040 mln manat xərclənib və nəticədə əlavə kapital 19 870,821 mln manat olub. Ehtiyat kapitalı isə 1,830 mln daxil olub, 1,740 mln manat xərclənib və 29,977 mln manat təşkil edib. Büdcədən məqsədli maaliyyələşmə və daxilolmalar 2020-ci il üzrə 300 mlnm manat, sahələr və sahələrarası büdcədənkənar fondlardan məqsədli maliyyələşmə və daxilolmalar isə 4,684 manat olub və tam olaraq xərclənib. Yığım fondundan isə 3,902 min manat xərclənib və 9,948 mln manat təşkil edib. Qurumun nizamnamə kapitalı isə 713 mln manat olub.
30-06-2021, 12:04
Вернуться назад