Bakıda qəzalı vəziyyətdə olan iki məktəbin korpusu söküləcək.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov bildirib ki, artıq idarənin tabeliyində olan Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal yaşayış massivində 3 məktəbin tikintisi yekunlaşıb.
Paytaxt ərazisində əsaslı şəkildə təmir olanacaq daha bir təhsil müəssisəsi isə Şəhid Allahverdi Xəlilovun adını daşıyan 1600 nəfərə yaxın şagirdin təhsil aldığı məktəbdir.
Əsaslı şəkildə təmir olunacaq məktəblərdə işlərin yeni tədris ilinə kimi yekunlaşdırılması nəzərdə tutulur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən o da bildirilib ki, Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində 4 yeni məktəbin tikintisi davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
<embed width="640" height="360" src="https://player.olke.az?v=1190&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>