Dünya Bankı ölkələr üzrə tərəfdaşlıq strategiyalarının hazırlanmasına yeni növ koronavirus (COVID-19) pandemiyası bitdikdən sonra başlayacaq.
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.
Onun sözlərinə görə, Azərbaycan üzrə də növbəti beşillik strategiyamızın da hazırlanması pandemiyaya görə ləngiyib.
S. Maykl əlavə edib ki, Dünya Bankının Azərbaycan üzrə hazırlanacaq yeni beşillik (2021-2025-ci illər) tərəfdaşlıq strategiyası Azərbaycan hökumətinin hazırladığı milli inkişaf strategiyasına əsaslanacaq:
"Strategiyada işğaldan azad edilmiş ərazilərin bərpası da yer alacaq. Yeni tərəfdaşlıq strategiyasının gələn ilin iyun ayında tam hazır olacağı gözlənilir".
Bankın rəsmisi onu da əlavə edib ki, yeni layihələrin maliyyələşdirilməsinə strategiyasız da başlanıla bilər.