26 il biz bu günü - Zəngilanın işğal günü kimi keçirirdik. Misgil, kədərli, göz yaşları içində. Digər torpaqlarımız kimi Zəngilanın da işğalının qanlı yaddaşımızda dərin izi vardı.
Bu gün fəxarət hissi ilə Zəngilanın işğalçılardan tam təmizlənərək, azadlığına qovuşduğunu bayram kimi qeyd edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu 20.10.2020-ci ildə Zəngilanın işğal tarixini bizim yaddaşımızdan əbədi olaraq sildi. Ordumuz mənfur düşməni torpağımızdan iti qovan kimi qovdu.
26 ildir yetim qalan ulu çinarlar yurdu indi hər səhəri Azərbaycanın üçrəngli bayrağı ilə açır. Dalğalan, ey şanlı Azərbaycan bayrağı!
Qayıdışın mübarək, Zəngilan!